Əli Əliyev ATƏT-in nümayəndəsi ilə görüşdü

img

28-03-2018 [17:17]


Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda Seçki Müşahidə Missiyasının üzvü Qoran Petrov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə görüşüb.

Mia.az xəbər verir ki, VİP qərargahında baş tutan görüşdə Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri prosesinin gedişatı müzakirə olunub.

Sədri olduğu partiyanın şəraitdən asılı olmayaraq, bütün seçkilərdə iştirakın tərəfdarı olduğunu ATƏT nümayəndəsinin diqqətinə çatdıran Əli Əliyev Azərbaycan hakimiyyətinin ədalətli seçki keçirmək niyyətində olmamasının elə ilk mərhələdə üzə çıxdığını bildirib.

VİP sədri namizədliyinin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən əsassız olaraq, qeyd alınmadığını qeyd edən VİP sədri bunu hakimiyyətin real alternativlərsiz seçki keçirmək niyyəti ilə əlaqələndirib. Əli Əliyev Qərbin demokratik institutlarının Azərbaycandakı demokratik proseslərə dəstək vermədiklərini də xüsusi vurğulayıb. O, bildirib ki, üzləşdikləri ədalətsizliyə baxmayaraq, VİP demokratik cəmiyyət quruculuğu istiqamətində fəaliyyətinə ara verməyəcək.

Qoran Petrov isə öz növbəsində qeyd edib ki, ATƏT DTİHB Azərbaycandakı seçki prosesini diqqətlə izləyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR