Şriftin ölçüsü / 222 dəfə oxunub

Ağdaş rayonunda mağaza sahibi iş yerində meyiti tapılıb - Araşdırma aparılır

26 Mart 2018 [17:48]
Ağdaş rayonunda mağaza sahibi iş yerində meyiti tapılıb.

"Report"un yerli bürosunun məlumatına görə, Ağdaş şəhərində yerləşən mağazaların birinin sahibi olan, 1971-ci il təvəllüdlü Rəsul Hacıyaqub oğlu Məmmədlinin mağazada meyiti aşkarlanıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR