YAP Nəsimi rayonunda gənclərin mitinqini keçirib

img

26-03-2018 [15:24]


Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı gənclərin prezident seçkilərinə həsr edilmiş " İLHAMLA İRƏLİ” mitinqini keçirib.

YAP-dan verilən məlumata görə, mitinqdə 1500-dən gənc iştirak edib, Bakının bir sıra rayonlarının gəncləri də aksiyaya qatılıb. "Gənclər bu tədbirdə qarşıdakı 7 il üçün daha güclü və qüdrətli Azərbaycan naminə bütün ölkə gəncliyinə "İLHAMLA İRƏLİ" səslənərək, 11 Aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkilərində Ümumxalq namizədi olan, möhtərəm prezident cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün çağırış ediblər. Musiqili-əyləncəli proqramla davam edən bu təbliğat tədbirində gənclər liderlərinə sevgi, etimad və inamlarının rəmzi kimi canlı , açıq havada "İLHAMLA İRƏLİ" flaşmobunu hazırlayıblar”, - deyə məlumatda bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR