Azərbaycan və Rusiya arasında pul köçürmələrinin həcmi artıb

img

26-03-2018 [14:37]


2017-ci ildə fiziki şəxslər tərəfindən pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrin həcmi 595,6 mln. dollar təşkil edib.

"APA-Economics” Rusiyanın Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2016-cı il ilə müqayisədə 30,6 mln. ABŞ dolları və ya 5,42% çoxdur.

2017-ci ildə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmi I rübdə 116,1 mln. dollar, II rübdə 165,2 mln. dollar, III rübdə 155,4 mln. dollar və IV rübdə 158,9 mln. dollar olub. Göründüyü kimi, ötən il Rusiya və Azərbaycan arasında pul köçürmələr daha çox II rübdə, ən az isə I rübdə olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR