ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Bakıda kriminal dəstənin üzvü öldürüldü - mia.az
Şriftin ölçüsü / 593 dəfə oxunub

Bakıda kriminal dəstənin üzvü öldürüldü

25 Mart 2018 [11:50]
Masallı rayon sakinini Rusiyadan gələrək güllələyən şəxs Bakıda öldürülüb.

Mia.az Trend-ə istinadən xəbər verir ki, Masallı rayonunda silahlı insident nəticəsində 1953-cü il təvəllüdlü Qızlavar kənd sakini Ağayev Ağəddin Nuru oğlunu güllələyərək öldürən şəxs Bakıda təqib olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılaraq həmin şəxsin 1977-ci il təvəllüdlü Zaur Əliyev olduğu müəyyənləşib. Keçirilən əməliyyat tədbirləri nəticəsində onun Nərimanov rayonu ərazisindəki kirayədə yaşadığı mənzildə olduğu müəyyən edilib.

Əməliyyat qrupu mənzilə yaxınlaşaraq Z.Əliyevi təslim olmağa dəvət edib. Lakin o, təslim olmayıb və özü ilə gəzdirdiyi silahla əməliyyat qrupuna silahlı müqavimət göstərərək onlara atəş açıb. Nəticədə cavab atəşi ilə Z.Əliyev öldürülüb.

Hadisə yerindən Z.Əliyevin qanunsuz saxladığı odlu silah və patronlar götürülüb. Öldürülən şəxs Masallı rayon sakinidir və uzun müddət Rusiyada yaşadığı və kriminal qruplaşmanın üzvü olduğu deyilir.

Qeyd edək ki, güllələnmə hadisəsi martın 23-də Masallı rayonunda baş verib. Masallı rayon sakini, 1953-cü il təvəllüdlü Qızlavar kənd sakini Ağayev Ağəddin Nuru oğlu güllələnib.

Yaralı 4 güllə yarası ilə Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Qeyd olunur ki, zərərçəkmiş Rusiyada müəyyən şəxslərlə ədavətdə olub və bu səbəbdən Azərbaycana qaçıb. Lakin o təqib edilərək Masallıda güllələnib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120 -ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez
SON XƏBƏRLƏR