Orduxan, Tural, Vidadi və başqaları söyməyi kimdən öyrəndi?

img

24-03-2018 [18:27]


Zülfiyyə Mustafayeva

***

Bəzi müxalifətçilər indi söyüşlərdən narahat olublar.

"Onlar bizdən deyildir" - deyənlər də var. Başa düşmədim? Yəni, konkret olsun da bu məsələ: söyüş olar, olmaz? Qaydasında, əndazəni keçmədən söyüş olarmı, yəni?

Belə çıxır ki, olar.

Yadıma "Liderlərin məhkəməsi" adlandırılan məhkəmə düşdü. Bizim nəslin yadında olar yəqin. Bəh! Söyüşün biri bir qəpik. Prokuror, hakimin özü bir yana qalsın, onların ana-bacısı, ölüsü-dirisi, yeddi arxa dönənini bu "liderlər" nə söyürdülər, ilahi!

Salonda da yad adam yox idi, biz idik, jurnalistlər, bu liderlərin də arvad-uşagı, qız-gəlin, konvoy-filan.

Liderlərin söyüşləri "xoruz qulagı eşitməyən" idi, qurşaqdan aşagı, biədəb, yəni, küçədə belə söyüşün çox demirəm, təkcə birinə görə adamı yortarlar. O dərəcədə, yəni.

Yazırdım bu söyüşlərdən, deyirdim, ay müxalifət, ay liderlər, bu hökumətin tərbiyəsini bəyənməyənlər, hakimiyyətə gəlmək istəyənlər, camaata agıl öyrədənlər, liderlik iddiasında olanlar, partiya yaradanlar, ay agsaqqal, qarasaqqal - niyə söyürsünüz? Deyirdilər, hökumət bizi haqsız tutub basıb içəri, ona görə söyürük.

Niyə balam? Sözünüzü söyüşsüz deyə bilməzsiniz? O söyüşləri biz də eşidirik axı zalda, sizin arvad-uşaq eşidir, məgər evdə də hirslənəndə belə söyürsünüz? Bəs necə lidersiniz? Bu tərbiyə ilə hakimiyyətə gəlmək istəyirsiniz? İctimai yerdə özünü apara bilməyən, arvad-uşaga hörmət eləməyən bu ölkəyə neyləyər?

Aralarında bir-ikisi vardı, hərdən məni başa düşürdü. Birinin də hətta sevgilisi mənə zəng edib "abrımı ətəyimə bükdü", üstəlik, hədələdi: "Bir də filankəsin söyüşlərindən yazsan, məndən incimə!".

İndi çox şükür, xoşbəxt ailə olublar.

Mən bu adamlara heç cür başa sala bilmədim ki, bu məhkəmənin divarları olmazın məhkəmə çəkişmələri görüb cagdaş tariximizdə.

Bu məhkəmə salonlarından Surət Hüseynovdan tutmuş bankir Bəşərə, "neft işi” üzrə tutulan milyonçulara, "OMON”çulara, ogrular, narkotacirlər, qadın zorlayanlara qədər, siyasətçilərdən tutmuş vəhhabilərə, casuslardan tutmuş vətən xainlərinə qədər başımın tükü sanı dustaq gəlib-keçib.

Hər kəs də özünün haqsız tutulduguna inanırdı.

O başımın tükü sanı məhkəmələrdə söyüş söyən yox idi.

Ən pis halda "qulduq”-filan kimi sözlər eşidərdim.

Söyüşün ən yaxşı nümunəsini və ictimai söyüşün siftəsini isə "liderlər” yaratmışdı.

İndi onların davamçıları yetişib. Amma elə yetişiblər ki, söymək üçün gediblər lap uzaga.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR