"Qarşıdurma kəskin şəkildə artıb..." - Rus generaldan Amerikaya xəbərdarlıq

img

24-03-2018 [17:32]


ABŞ-ın qlobal dünya liderliyinə can atması dövlətlərarası total qarşıdurmaya səbəb olub.

Rusiya KİV-lərinin xəbərinə görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov bildirib.

"ABŞ-ın bu kimi cəhdləri bir çox dövlətlərin, o cümlədən də Rusiyanın baxışları ilə üst-üstə düşmür. Bizə dünyaya diqtə olunmasını qəbul etmirik. Biz ədalətli dünya quruculuğunun tərəfdarıyıq", - Gerasimov deyib.

Gerasimov bildirib ki, ABŞ-ın bu siyasəti nəticəsində dövlətlər arasında qarşıdurma kəskin şəkildə artıb: "Bunun əsasını əvvəlki kimi, qeyri-hərbi tədbirlər - siyasi, iqtisadi, informasiya qarşıdurması təşkil edir. Lakin sadalanan sahələrlə yanaşı, artıq diplomatiya, elm, idman, mədəniyyət sahəsində də qarşıdurma müşahidə olunur".

Gerasimov qeyd edib ki, bununla yanaşı, hərbi qarşıdurmanın ikinci plana keçdiyini də demək olmaz/Teleqraf.com.

Digər xəbərlər
SON XƏBƏRLƏR