“Heç bir hakimiyyət, heç bir dövlət onlara bu qədər yumşaq yanaşmazdı” - Rufiz Qonaqov

img

24-03-2018 [16:44]


"Təəssüflə deməliyəm ki, öz ölkəsini tərk edib xarici ölkələri özünə yurd seçmiş bəzi üzdəniraqlar son günlər öz doğma vətəninə qənim kəsiliblər. Onların bu hərəkətləri Azərbaycan xalqının illərdir mövcud olan və sarsılmayan birliyinə xələl gətirmək cəhdidir.”

Mia.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov öz facebook səhifəsində paylaşdığı postda bildirib.

Rufiz Qonaqov vurğulayıb:

 "Heç bir hakimiyyət, heç bir dövlət onlara bu qədər yumşaq yanaşmazdı. Cənab Prezident bu qədər səbr nümayiş etdirir. Prezidentin köməkçisi Əli Həsənov bu şəxsləri düz yola dəvət edir, ziyalılıq nümayiş etdirir, milli düşüncəylə onları sivil mübarizə aparmağa dəvət edir, amma onlar tərbiyəsizliklərini davam etdirirlər".

"Professor, müəllim, humanist insan, peşəkar siyasətçi Əli Həsənov Avropada oturub təhqir yazanlarla bağlı paylaşdığı statusda bu şəxslərə böhtandan uzaq durmalarını məsləhət gördü. Ziyalıları, dövlətin atributlarını təhqir etməmələrini tələb etdi. Amma bunlar xislətlərindən uzaqlaşa bilmədilər. Bu şəxslər və onları dəstəkləyənlər öyrədilmiş adamlardır. Xarici kəşfiyyatların əlində oyuncaqdırlar. Ölkəmizi, prezidenti, prezidentin komandasını gözdən salmağa cəhd edirlər. Amma unudurlar ki, onların heç bir yerdə heç bir dəstəyi yoxdur. Özləri deyib, özləri də eşidirlər. İndiyə kimi belə olub və bundan sonra da belə olacaq. Azərbaycan xalqı öz dövlətini, prezidentini, prezidentə sadiq olan komanda üzvlərini təhqir edən bu adamları nə tanımır, nə də tanımaq istəmir.

Söz, mətbuat azadlığı "carçısı” kimi çıxış edən bu qara piarçılar təhqirlərlə dolu sözlərdən, kobud ifadələrdən istifadə etmklə ilk növbədə özlərini ifşa edirlər.

Azərbaycandan uzaqda öz ölkəsini, onun simvollarını, ali nümayəndələrini təhqir etməklə öz rahatlıqlarını və gündəlik həyat tərzlərini təmin etməyə çalışmaq isə şəxsiyyətsizliyin bariz nümunəsidir. Bu şəxslər və onları idarə edənlər bilsinlər ki, Azərbaycanı sevməyənlər xalqımız tərəfindən tezliklə layiqli cəzalarını alacaqlar”- deyə politoloq Rufiz Qonaqov qeyd edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR