Prezident Gənclər və İdman Nazirliyinə 16.5 milyon manat ayırdı - Sərəncam

img

23-03-2018 [18:40]


Prezident İlham Əliyev Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.9.11-ci yarımbəndində göstərilmiş məbləğin 16,5 milyon (on altı milyon beş yüz min) manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR