Tramp Pekinə rəsmən ticarət savaşı açdı: sənəd imzalandı - Çinin bütün məhsullarına...

img

22-03-2018 [23:15]


ABŞ prezidenti Donald Tramp Çinə qarşı ticarət savaşını rəsmən elan etdi.

Mia.az xarici mətbuata istinadən bildirir ki, Tramp bu gün Çinə qarşı milyardlarla dollarla hesablanan əlavə vergi tətbiqini nəzərdə tutan gömrük sənədini imzalayıb. Bununla da yalnız Çindən Amerikaya daxil olan bütün məhsullardan əlavə rüsum tutulacaq.  

Məlumata görə, ABŞ prezidenti Çinlə ticarətdə təkcə əlavə gömrük rüsumunun tətbiqi ilə kifayətlənməyib. O, eyni zamanda, Çinlə  bağlı bütün sərmayə layihələrinə məhdudiyyət yaradan qanunu da təsdiq edib.

ABŞ mətbuatının iddiasına görə, rəsmi Vaşinqton bu qadağalarla  yüksək elektronik texnoloji sistemlərini, o cümlədən mobil teknoloji sahələrini qorumaq istəyir.

Məlumata görə, bu sənədin imzalanmasından sonra Çindən gətirilən məhsullara tətbiq olunacaq əlavə vergi və gömrük rüsumlarının həcmi 50 milyard dolları aşacaq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR