Prezidenti təhqir edən məşhur müğənniyə ağır cəza verildi - Türkiyədə

22-03-2018 [18:05]
Sənətçi Zuhal Olcay Prezident Ərdoğanı təhqir etdiyi səbəbindən 10 ay müddətinə həbs edilib.

Teleqraf.com xəbər verir ki, Anadolu Məhkəməsində baş tutan prosesə Zuhal Olcay və vəkili qatılmayıb. Əvəzində Prezident Ərdoğanın vəkili prosesdə iştirak edib, şikayətlərini geri çəkmədiklərini qeyd edərək qarşı tərəfin cəzalandırılmasını istəyib.

Sonda məhkəmə qərarını açıqlayıb. Qərara əsasən Zuhal Olcay Prezident Ərdoğanı təhqir etdiyinə görə, barəsində 1 il həbs cəzası çıxarılıb. Məhkəmə daha sonra Olcayın məhkəmə prosesi zamanı davranışlarını təqdir edərək cəzasını 10 aya endirib.


SON XƏBƏRLƏR