Güclü külək Ağdam və Bərdəyə ziyan vurdu - Elektrik naqillərini qırdı, evlərin damını uçurdu

img

21-03-2018 [16:32]


Bu gün güclü külək Ağdam və Bərdə rayonlarında ciddi fəsadlara səbəb olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, elektrik naqillərinin qırılması səbəbindən Ağdamın bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Külək Ağdamın Quzanlı qəsəbəsində və Bərdənin Soğanverdilər kəndinə bəzi evlərin dam örtüyünü uçurub. Külək Quzanlı qəsəbəsində Vəkil Cəfərov və Əhliman Vəliyev yaşadığı evin dam örtüyünü uçuraraq elektrik naqillərinin üzərinə atıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR