"İt oğlu it..." - Prezident Amerilaı səfiri belə təhqir etdi

img

20-03-2018 [14:02]


Fələstin Prezidenti Mahmud Abbas ABŞ-ın Tel Əvivdəki səfiri Devid Friedmanı təhqir edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Abbas bununla bağlı Fələstində təşkil olunan yüksək səviyyəli iclasda çıxışı zamanı deyib.

Təhqirə səbəb Friedmanın Qüdsün İsrailə aid olduğunu müdafiə etməsi göstərilib:

"Yəhudilərin bu bölgədə yerləşdirilməsi qanunsuzdur. Bir çox amerikalı nümayəndə bunu qəbul edir. Friedman gəlir və yəhudilərin öz torpaqlarına köçürüldüyünü deyir. İt oğlu it, yəhudilər torpaqlar da inşa edə bilir?!".

Friedman Abbasın bu sözlərini şərh etmək istəmədiyini açıqlayıb.

İsrail Baş naziri Benyamin Netanyahu isə Abbasın bu açıqlamasını belə şərh edib: "Görünən odur ki, Fələstin rəhbərliyi Friedmanın bu sözlərindən şoka düşüb".


Digər xəbərlər
SON XƏBƏRLƏR