ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez İrandan Azərbaycana 25 kq narkotik keçirən daha iki nəfər saxlanıldı - DSX-dan əməliyyat - mia.az
Şriftin ölçüsü / 380 dəfə oxunub

İrandan Azərbaycana 25 kq narkotik keçirən daha iki nəfər saxlanıldı - DSX-dan əməliyyat

19 Mart 2018 [14:30]
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

DSX-nın Mətbut Mərkəzindən Mia.az-a verilən məlumata görə, martın 17-də DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitəsinin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb:

"Həmin tarixdə saat 19:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan  istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd naryadının "dayan” əmrinə tabe olmayan sərhəd pozucusu geriyə qaçmağa cəhd göstərib, havaya xəbərdarlıq atəşi açıldıqdan sonra saxlanılıb. Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 bağlamada 25 kq 500 qram narkotik vasitəyə oxşar maddə, 1 ədəd "Samsung” markalı mobil telefon, 1 ədəd bıçaq aşkar olunub.

Sərhəd pozucusunun Saatlı rayonunun sakini 1991-ci il təvəllüdlü Hüseynov Əsgər Soltanəli oğlu olması, onun martın 14-də Biləsuvar SNM-dən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığında iştirakda şübhəli olan daha 3 Azərbaycan  vətəndaşının şəxsiyyəti müəyyən edilib və barələrində axtarış elan olunub. Martın 19-da həmin şəxslərdən biri – Füzuli rayonu Böyük Bəhmənli kənd sakini 1973-cü il təvəllüdlü Məmmədov İlham Elman oğlu şübhəli şəxs qismində saxlanılıb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez
SON XƏBƏRLƏR