19-03-2018 [14:13]
Bu gün Azərbaycanda aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin təşviqatı başlayıb. Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, yəni 2018-ci il martın 19-u başlayır, səsvermənin başlanmasına 24 saat qalmış, yəni aprelin 10-u, saat 08:00-da dayandırılır.
Namizədlər bu mərhələdə hansı işlərin görülməsini planlaşdırırlar?
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Modern.azsaytına açıqlamasında deyib ki, təşviqat mərhələsində günlərin bölüşdürülməsi ilə bağlı işlər görülür:
"Bu gün Mərkəzi Seçki Komissiyasında püşkatma keçiriləcək. Onunla əlaqədar tədbirdə olacağıq. Axşam saat 7-də radioda, 10-da isə televiziyada çıxışlarımız var. Ümumiyyətlə, sonrakı günlərimizi də bölüşdürmüşük. Həftənin birinci, ikinci, üçüncü günləri televiziyada çıxışlar edəcəyik. Yerdə qalan günlərdə isə müstəqil şəkildə hansı rayonlarda, hansı formada görüşlər keçirəcəyimizi bundan sonra planlaşdıracağıq. Hər halda yaxın bir neçə saat ərzində bunların hamısını dəqiqləşdirib məlumat verəcəyik”.
H.Hacıyev qeyd edib ki, planlarında müxtəlif rayonlarla yanaşı, xüsusilə Naxçıvanda təşviqat nəzərdə tutulub:
"Sadəcə qrafikimizə əsas vaxt məsələsini müəyyənləşdirməliyik. Bu ölçünü elə aparmalıyıq ki, bütün rayonları əhatə edə bilək, görüşlərimiz baş tutsun. Amma bu da bizdən asılı olan məsələ deyil. Hər halda çalışacağıq ki, Naxçıvanda təşviqat istiqamətində bir sıra işlər həyata keçirək. Yəqin ki, bir-iki günə bu məsələləri konkretləşdirəcəyik”.
Partiya sədrinin sözlərinə görə, maddi cəhətdən vəziyyətləri çox ağırdır:
"Bütün bu çətinliklərə baxmayaraq çalışacağıq ki, üzvlərimizin götürdüyü öhdəlikləri yerinə yetirək. Bilirsiniz ki, Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərə pul ayırmır. Azərbaycan xalqı da birmənalı şəkildə bunu bilir. Öz imkanlarımız daxilində nəsə edəcəyik, dostlarımızın hesabına , partiya üzvlərinin köməyi vasitəsilə biz ayaqda dura bilirik. Buna görə də təşviqata nə qədər pul ayırdığımızı konkret deyə bilmirik. Pullu efir vaxtları var, amma ona çıxa bilmirik. Pulumuz yoxdur ki, sözümüzü xalqımıza deyə bilək. Yəni biz məhdudiyyətlər çərçivəsində hərəkət edirik. Lakin bütün variantlardan istifadə edib fikirlərimizi xalqa çatdırmağa çalışacağıq”.
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb