Rusiyanın AB-dəki daimi nümayəndəsindən Londona ittiham: "O zəhərli qaz İngiltərədə hazırlanıb"

img

18-03-2018 [21:23]


Rusiyalı keçmiş polkovnik Sergey Skripal və qızı Yuliyanın zəhərləndirilməsi üçün istifadə ilən "Noviçok” qazı İngiltərənin Porton Doun laboratoriyasında hazırlanıb.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Avropa Birliyindəki (AB) daimi nümayəndəsi Vladimir Çijov deyib.

"Skripalın xain adlandırılmasının haqlı səbəbləri var. Lakin Rusiyanın zəhərlənmə olayında əli yoxdur. Skirpal və qızının huşsuz vəziyyətdə tapıldığı ərazi Porton Doun laboratoriyasından 12 km uzaqlıqdadır”, - deyə diplomat bildirib.

Qeyd edək ki, martın 5-də Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz və ağır vəziyyətdə Britaniyada parkların birində tapılıb. Britaniya Sergey Skripal və qızının zəhərlənməsi olayında Rusiyanı ittiham edib.

Britaniya olayı BMT TŞ-nin toplantısında müzakirəyə çıxarıb.

Fransa, ABŞ, Almaniya, Polşa isə Britaniya ilə həmrəy olduqlarını bildiriblər.

Böyük Britaniyanın 23 rus diplomatın ölkədən departasiya olunacağını açıqlamasının ardından Rusiya da 23 ingilis diplomatını qovacağını bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR