"Birgə səylərimizi müvəffəqiyyətlə davam etdirəcəyik" - İlham Əliyevdən Çin liderinə məktub

img

18-03-2018 [17:00]


Prezident İlham Əliyev Si Szinpini Çin Xalq Respublikasının sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.

Mia.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Çin Xalq Respublikasının Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz tarixi ənənələrə malik Azərbaycan-Çin əlaqələrinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu mənada dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi xüsusi məmnunluq doğurur.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Daim artan siyasi təmaslarımız iqtisadi, humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığımız ilə müşayiət olunur. Bizi həm də regionumuz üçün böyük əhəmiyyət daşıyan perspektivli infrastruktur layihələrinin gerçəkləşdirilməsində tərəfdaşlıq münasibətləri birləşdirir.

İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, ikitərəfli qaydada, eləcə də beynəlxalq və regional formatda qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR