18-03-2018 [15:21]
"Tarix deyəndə biz Mommzenin "Roma tarixi"ni, Hegelin "Tarix fəlsəfəsi"ni, Droyzenin "İstorikası"nı, Kollingvudun "Tarix ideyası"nı, Mark Blokun "Tarixin apologiyası"nı, Karrın "Tarix nədir" və onlarla başqa şedevrləri oxuyub, öyrənib bizdən əvvəlki dövrlərdə baş vermiş hadisələrin səbəb-nəticə əlaqələrini tapmağa çalışırıq".
Mia.az xəbər verir ki, bu sözləri Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa sosial şəbəkədəki səhifəsində yazıb.
O bildirib ki, son illərdə Azərbaycan tarix düşüncəsində ciddi bir dəyişim yaratmış Güntay Gəncalpın, Əkbər Nəcəfin əsərləri Sovet dövründən əzbərlədilmiş ehkamların dəyişməsində mühüm rol oynayıb:
"Azərbaycanda həm də çox sayda nomenklatura tarixçiləri vardır ki, bunlar elmi dərəcəni təsdiq edən diplomlarını alıb evlərinə qoyub, oradan-buradan mətnləri köçürərək məzmununa da saxta "vətənpərvərlik" halvasından qataraq ciddi bir iş gördüklərini zənn edirlər. Buraxdıqları Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, ümumiyyətlə, Qərb düşünürlərinin Ensiklopediya fəlsəfəsinə uyğun gəlmir, arxiv məlumatlarının ətrafında gəzişərək guya bir şeylər kəşf etməyə çalışırlar, əsas işləri də ərazi tariximizin yaşını populist və məsuliyyətsiz formada uzatmaqla milli tariximizin türk zəmini üzərindən qoparılmasına xidmət etməkdir. Bunlar nə Dədə Qurqud mədəniyyətinin mahiyyətini anlayıblar, nə də Səlcuqlu, Oğuz, Osmanlı mədəni mirasının rolunu. Əsasən də tariximizin Sasani düşüncə sistemi ilə uzlaşdırlmasına xidmət edən çalışmalarla məşğuldurlar. "Azərbaycanda Türk kimliyi və saxta tarix problemi" əsərində bu problemə əhatəli şəkildə toxunduğuma görə, üzərində geniş dayanmaq istəmirəm".
Deputat yazır ki, onun Cümhuriyyətin 100 illiyi və soyqırımla bağlı görülən işlərin yetərsizliyi ilə bağlı fikirlərinə qarşı Akademiyanın tarix institutunun direktor müavini Cəbi Bəhramov adlı biri cavab verib. Deyib ki, bəs tarixdən xəbəri olmayanlar, yaxud da kəmsavadlar bu barədə danışmasınlar:
"Cəbi Bəhramovu şəxsən tanımıram, hansısa parlaq yaradıcılıq işi olsaydı, heç şübhəsiz xəbərim olardı. Tədqiq etdiyim xarici nəşrlərdə fikirlərinə, hansısa istinada da rast gəlməmişəm. Bununla belə əminəm ki, əzbərçi və diletant nomenklatura tarixçilərini tanımaq üçün işlətdiyi cümlələr kifayətdir ki, nə dərəcədə məhdud düşüncə sahibi olduğunu anlayasan.
İçi mən qarışıq, Azərbaycanda bütün tarixçilər, hüquqçular, fəlsəfəçilər, pedaqoqlar kəmsavaddırlar, çünki ən azı yunan və latın mətnlərini oxuyacaq qədər savad əldə etməmişik. Ancaq Cəbi Bəhramov kimi kəmsavadlardan bizim fərqimiz ondadır ki, məhz bu boşluğu anladığımıza görə qədim mətnləri oxuyub təfəkkür süzgəcindən keçirən Qərbin və Şərqin əksər düşüncə adamlarının tarix fəlsəfəsinə aid əsərlərini ciddi tədqiq edərək bilgilər əldə etməyə çalışmışıq. Ancaq bu açıqlama məni daha da stimullaşdırdı ki, tarix fəlsəfəsi mövzusunda mülahizələrimi sistemləşdirib, maarifçilik işini gücləndirim. Ki, bu kimi diplom daşıyanlar özlərinə tarixçi deyəndə arada bir utansınlar".
Sonda Fazil Mustafa bildirib ki, Cəbi Bəhramov, barəsizdə bir az da əsəbi formada söyləyib ki, mən o adamı tanımıram, tanımaq da istəmirəm: "Əlbəttə, kimisə tanımamaq və tanımaq istəməmək adamın haqqıdır. Ancaq mənim də haqqımdır ki, elm adı altında hoqqabazlıqla məşğul olan bu cahillərə özümüzü tanıdaq və anladaq ki, öz cəfəngiyyatları ilə Azərbaycan elmini nüfuzdan salanların qarşısında bizlər hər zaman dirənişimizi ortaya qoyacağıq".
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"