Gürcüstan prezidenti Amerika konqresində niyə Qarabağın adını çəkmədi? - Politoloqdan etiraz

img

17-03-2018 [15:11]


Gürcüstan prezidenti Giorgi Margvelaşvili bir neçə gün əvvəl ABŞ-da rəsmi səfərdə olub. 

Gürcüstan prezidenti martın 16-da Konqresdə təşkil olunan tədbirdə çıxış edərkən Vaşinqtona belə bir çağırış edib: "Gürcüstan Amerikanın daha böyük dəstəyinə ümid edir, biz Amerikanın şərq istiqamətindəki əsas forpostuyuq, ona görə tərəfdaşlıq statusumuzu artırmalıyıq”. Margvelaşvili sonrakı fikirlərini bu şəkildə ifadə edib: "Rusiya Gürcüstann 20 faiz ərazisini işğal edib, Krım işğal altındadır, Ukraynada müharibəyə rəvac verib, Moldovanın ərazi bütövlüyü pozulub və... Böyük Britaniyada müəammalı qətl hadisəsi baş verib”.

Mia.az xəbər verir ki, gürcü prezidentinin çıxışına reaksiya verən politoloq Elxan Şahinoğlu onun Azərbaycanın işğal olunmuş torpaqlarına toxunmamasına etirazını bildirib.

Polistoloq gürcü liderinin çıxışını xatırladaraq Sizcə Gürcüstan prezidenti bu cümlədə nəyi unudub?" sualını Azərbaycana ünvanlayıb və daha sonra belə şərh verib: "Bəli, Dağlıq Qarabağı. O ətrafdakı bütün separatçıları sadalayıb, Azərbaycan torpaqlarının işğalı və erməni separatçıları barədə heç nə deməyib. Yəni Rusiyanın işğal etdiklərini deyib, Ermənistanın işğalına isə göz yumub, halbuki, özü də bilməmiş deyil ki, Ermənistan da Rusiyanın forpustudur".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR