"YPG/PYD bu tunelləri Qərbdən olan dostlarımızın sayəsində tikib" - Ərdoğandan Afrin açıqlaması

img

17-03-2018 [15:03]


"Bizə dost görünənlər Afrinə girməməyimizi dedilər”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mardində Ədalət və İnkişaf Partiyasının (AKP) Mardin əyaləti təşkilatının konfransında bildirib.

"Terrorçuların qarşısını ala bildilərmi?! Xeyr. Çox qısa bir zamanda Afrinin əhalisi də evlərinə dönəcək. Onların uzun müddət qaçqın vəziyyətində qalmasını istəmirik. Onlara hər cür dəstəyi vermişik və vercəyik də. Çox qısa bir zamanda Afrinlə bağlı son müjdəni də eşidəcəksiniz. Orada yük maşını sığa biləcək tunellər qazılıb. Bu tunellər Qərbdən olan dostlarımızın sayəsində tikilib. Sabah Çanaqqalada olacağıq. Oradan sizə müraciət edəcəyik”, - deyə Türkiyə prezidenti vurğulayıb/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR