Təhsil Nazirliyinə pul ayrıldı, bu rayonlarda 11 modul tipli məktəb quraşdırılacaq - SİYAHI

img

16-03-2018 [20:06]


Prezident İlham Əliyev "Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən,  Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında cəmi 748 şagird yerlik modul tipli 11 məktəbin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 3 915 000 manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Sıra №-siTəhsil müəssisələrinin adlarıAyrılan vəsait
1Ucar rayonu Qaradağlı kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması425 000
2Ucar rayonu Küçəkənd kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması425 000
3Zərdab rayonu Sileyli kənd 20 şagird yerlik modul tipliibtidai məktəbin quraşdırılması230 000
4Zərdab şəhər 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması390 000
5Zərdab rayonu Hüseynxanlı kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması390 000
6Zərdab rayonu Nəzəralı kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması230 000
7Zərdab rayonu Sarıqaya kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması425 000
8Göyçay rayonu Veysəlli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması230 000
9Kürdəmir rayonu Bağman kənd 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması390 000
10Kürdəmir rayonu Öyləqulu kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması390 000
11Kürdəmir rayonu Təklə kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması390 000
Cəmi3 915 000

Digər xəbərlər
SON XƏBƏRLƏR