BMU-da daha bir ictimai təşkilat fəaliyyətə başladı

img

15-03-2018 [15:53]


Bakı Mühəndislik Universitetində Qadınlar Şurasının təsis konfransı keçirilib. Konfransda universitetin rəhbər heyəti ilə yanaşı qadın əməkdaşlar və tələbələr iştirak edib.

Universitetin rektoru, professor Havar Məmmədov konfrans iştirakçılarını salamlayıb, qadının ailədə və cəmiyyətdəki rolundan danışıb. Rektor qeyd edib ki, Heydər Əliyev cəmiyyətdə qadınların mövqeyini möhkəmləndirmək üçün Azərbaycan tarixində ilk dəfə olaraq Qadın Problemləri üzrə Dövlət Komitəsini yaradıb. Bu gündə ölkəmizdə Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərilir. Gənc universitet olan Bakı Mühəndislik Universitetində də Qadınlar Şurasının təsis edilməsində əsas məqsədi universitetimizdə təhsil alan tələbə qızların, habelə burada çalışan professor-müəllim, işçi və qulluqçu qadınların iş, əmək və sosial məsələlərinin həllində onlara kömək etmək və qayğı göstərməkdir.

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının Qadınlar Şurasının sədri TəyyibəHüseynova və universitetin Həmkərlar təşkilatinin sədri Həzi Qasımov çıxış edərəkqadının gənc nəslin təlim tərbiyəsində, ölkənin ictimai-siyasi həyatındakı rolundan və dövlətin həyata keçirdiyi qadın siyasətinin müsbət nəticələrindən danışıblar.

Sonda 9 nəfərdən ibarət universitetin qadınlar şurası təsis edilib. BMU Dillər məktəbinin direktoru dosent Ətrabə Gül səsvermə yolu ilə şuranın sədri seçilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR