“Əhalini pis vəziyyətə qoya bilərik” - Ziyad Səmədzadə

img

15-03-2018 [12:20]


Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir.

Bunu Daşınar əmlakın yüklülüyünün dövlət reysterinin təqdimatı zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Deputat diqqəti Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinə yönəldib:

"Palata yarananda biz çox narahat idik. Bir çox ölkələrin təcrübələri araşdırıldı, öyrənildi və bu gün geniş şəkildə tətbiq olunur".

Z.Səmədzadə qeyd edib ki, sərt pul kredit siyasətinin tətbiqi bütün ölkələrin iqtisadiyyatı üçün əlverişsizdir:

"Banklardakı vəziyyət bəllidir. Bizim dünya göstəticilərinə çatmağımız üçün zaman lazımdır. Ümumilikdə biz həddindn artıq istehlak kreditləri verməklə əhalini pis vəziyyətə qoya bilərik. Ona görə proses tənzimlənməlidir".

Deputat deyib ki, aparılan tədbirlər vətəndaş-bank münasibətlərinin yüksəldilməsinə xidmət edir.
modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR