“Trampa mane olan qüvvələr var” - Putin

img

10-03-2018 [09:18]


ABŞ prezidenti Donald Tramp Vaşinqton və Moskva arasında münasibətlərin normallaşdırılmasını istəyir, lakin ona mane olan qüvvələr var.

Bunu Rusiya prezidenti Vladimir Putin NBC telekanalına müsahibəsi zamanı bildirib. Putin iki ölkə arasında münasibətlər barəsində bunu söyləyib:

"Sizə düşmən damğası vuran biz deyilik. Siz parlament, Konqres səviyyəsində qərar qəbul edib Rusiyanı düşmən siyahısına daxil etmisiniz.

Niye belə etdiniz? Məgər biz ABŞ-a qarşı sanksiyalar tətbiq etmişik? ABŞ bizə qarşı sanksiyalar tətbiq edib.

Gəlin rahat oturaq və aydınlaşdıraq. Mən hesab edirəm ki, hazırki prezident (Donald Tramp-red) bunu etmək istəyir, lakin ona mane olan qüvvələr var”.



Digər xəbərlər
SON XƏBƏRLƏR