Gülənin əmisioğlu həbs edildi - Foto

img

10-03-2018 [08:29]


Türkiyədə FETÖ təşkilatına qarşı aparılan araşdırmalar davam edir.

"Qafqazinfo” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, təşkilatı rəhbəri Fətullah Gülənin əmisioğlu Kəmaladdin Gülən həbs edilib.

Məlumata əsasən, daha əvvəl K. Gülən İstanbul 13-cü Ağır Cinayətlər Məhkəməsində aparılan proses zamanı "Silahlı terror təşkilatına üzv olma” maddəsi ilə ittiham olunub və barəsində 7 il 6 ay həbs cəzası verilib. Sonra isə məhkəmə onun ölkədən çıxmasına qadağa qoymaqla sərbəst buraxılmasına qərarı verib.

Prokurorluğun etirazlarından sonra İstanbul 14-cü Ağır Cinayətlər Məhkəməsi Gülən haqqında həbs qərarı verib.

O, İstanbul polisinin Terrorla Mübarizə Şöbəsi tərəfindən saxlanılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR