Şriftin ölçüsü / 445 dəfə oxunub

Milli Şura icazəsiz aksiya keçirsə, biz onun qarşısını alacağıq - Partiya sədri

09 Mart 2018 [17:10]
"Biz imkan vermərik ki, Azərbaycan dövləti erməni mafiyalarının sifarişlərini yerinə yetirənlərin əlinə keçsin. Əgər, radikal müxalifət belə bir addım atarsa, şəxsən biz partiya olaraq, dövlətimizin müdafiəsi üçün onların cavabını verəcəyik. Müasir Müsavat Partiyası (MMP) dövlətçiliyin maraqlarını qorumaq naminə tam gücü ilə radikal müxalifətin qarşısında bir sədd olaraq dayanmaqdadır”.

Bunu İnterpress.az-a açıqlamasında radikal müxalifət nümayəndələrinin "Fəvvarələr meydanı”nda etiraz aksiyaları keçirməsi ilə bağlı sosial şəbəkədəki çağırışlarına münasibət bildirərkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri bildirib ki, Azərbaycan xalqı çox ağıllı xalqdır, uzaqgörəndir, öz gələcəyini görür. Onun sözlərinə görə, radikal müxalifət nümayəndələri Azərbaycandakı demokratik mühitdən istifadə edib qırmızı xətti keçirlər: "Mən düşünmürəm ki, onların belə bir gücü var. Onların icazə verilən yerdən başqa digər yerlərdə etiraz aksiyaları keçirməsi artıq qanunu pozmaq deməkdir və qanuna zidd məsələdir. Biz də mitinqlərə hazırlaşırıq. Əgər, "Milli Şura” mitinqlərini icazə olunmayan yerdə keçirsə, bizim partiyamız da məcbur olub də həmin yerdə mitinqlər keçirəcək və qarşıdurma yaranacaq. Ona görə də, nəzərə almaq lazımdır”.

"Avropada ermənilərin qucağında oturanlar indi bizi təhqir edirlər. Özlərinin etdiyi hərəkətləri başqasının adına yazmaq istəyirlər. Mən düşünürəm ki, radikal müxalifət nümayəndələri xaricdə oturub erməni mafiyalarının tapşırıqlarını yerinə yetirirlər” – deyə, MMP-nın sədir Hafiz Hacıyev əlavə edib.



SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...