5347803 ədəd bildiriş çap olunacaq

img

02-03-2018 [16:54]


Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

İclasda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası müzakirə edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, Seçki Məcəlləsinə əsasən seçicilərin sayından 3 faiz artıq, 5 milyon 347 min 803 ədəd bildiriş çap olunacaq.

MSK-nın iclasında prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənmiş Tural Abbaslının səlahiyyətli nümayəndələri qeydə alınıb, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR