Gəlini ilə oğlu ayrılıb, bankda 380 min pulu qalıb - İlhamə Quliyevanın ailəsində QALMAQAL

img

01-03-2018 [15:38]


Mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirov həyat yoldaşıydan ayrılıb.

Mia.az axşam.az-a istinadən xəbər ki, bu haqda müğənni Əli Mirəliyev deyib. O, ARB TV-nin "Səhər-səhər” verilişində bildirib ki, Orxanın qaldığı ev də əlindən alınıb:

"İndi küçələrdə qalıb Orxan. Bilinmir haradadır. Arvad da gördü ki, Orxana heç nə qalmır. Arifə bildi ki, İlhamənin mirasını bacıları Gülbaharla İradəələ keçirdi, Orxandan ayrıldı. Uşağını da götürüb çıxıb gedib”.

Qeyd edək ki, Orxan və Arifə cütlüyünün Ruslan adlı oğul övladı var.

Yeri gəlmişkən, verlişin digər qonağı, əməkdar artisti Firuzə İbadova efirdə mərhum xalq artisti İlhamə Quliyevanın ona borcu olduğunu deyib:

"Mənim əgər alacağım varsa, nəyə görə ala bilmirəm. Axı mən heç kimə gedib demərəm mənə bu qədər pul lazımdır. Həmişə mən hamıya əl tutmuşam. Hamını mən çatdırmışam ağ günlərə. İndi niyə qara gündə qalmalıyam?! Axı mən öz pulumu, öz malımı istəyirəm. O gəlir aldadır məni, bu gəlir aldadır. Nə qədər olar?”.

Daha sonra aparıcı Elgiz Əkbər bu məsələ ilə bağlı fikirini səsləndirib: "İlhamə Quliyeva mənim yanımda dedi ki, Firuzə, pul sənə çatacaq”.

Sonda isə Əli Mirəliyev İlhamə Quliyevının bankda 380 min pulu olduğunu bildirib.



Digər xəbərlər
SON XƏBƏRLƏR