"Xəzər TV"də aparıcının sözünə görə dava: "Əl-qolunu yanına qoy, əlimin solu ilə pis vuraram" + VİDEO

img

28-02-2018 [14:39]


Xəzər TV-də yayımlanan "5də5” verilişində mübahisə düşüb.

Verilişdə qonaq olan müğənni Orxan Babazadə ilə aparıcı Zaur arasında gərgin anlar yaşanıb. Belə ki, Zaurun "indi də qızlarla efirə çıxdın. Varlığa nə darlıq, bir əl çalan kimi qızlar gəlir. Eşitdik dağıstanlı qızla nişanlanmısan.”- deməsi müğənnini özündən çıxardıb.

Orxanın cavabı özün gecikdirməsə də, müğənninin bəzi sözləri efirə verilməyib: 
"Zaur danışığına diqqət et. Mən sənin üçün o-bu deyiləm. Mən şəxsi həyatımı müzakirə etmək istəmirəm. O şəkil necə yayılıb, bilmirəm. Həmin adamı tapıb cəzalandıracam.”

Daha sonra Zaur Orxana "əl-qolunu yanına qoy, əlimin solu ilə pis vuraram" deyib.

Qeyd edək ki, müğənni Orxan Babazadənin dağıstanlı iş adamının qızı ilə nişanlandığı xəbəri yayılıb./Azxeber.com/


Digər xəbərlər
SON XƏBƏRLƏR