ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer Savaşın 1-ci anı: Qarabağ təkcə torpaq deyil! - mia.az
Şriftin ölçüsü / 461 dəfə oxunub

Savaşın 1-ci anı: Qarabağ təkcə torpaq deyil!

28 Fevral 2018 [11:17]
Zahid ORUC, Millət vəkli

***

Gəlin, müharibədə qalib və məğlub anlayışlarına bir başqa rakursdan baxaq. 

Diqqət edin, Rusiya 20-ci əsrin iqtisadi geriliyini dəf etməyə çalışdığı bir dövrdə ağır sanksiyalarla üz-üzə qaldı. Halbuki təkcə bir il ərzində kənd təsərrüfatı sektorunda 45 traktor sıradan çıxır, əvəzində yalnız 1-i istismara daxil olur. Lakin 2-ci dünya müharibəsində sovetlərin qalib gəldiyi alman xalqının yaratdığı texnikanın keyfiyyət göstəricisini heç kəs inkar edə bilmirdi.

Bütün müttəfiq qoşunlarının Almaniya torpaqlarına tökdükləri bombalardan sonra hərbi qənimət kimi ələ keçirilən traktorları gətirib sovet kəndlərini düz 50 il şumlayırdılar. Yəni, faşizm ideologiya kimi lənətlənsə də, millətin keyfiyyət göstəricisi olan yaratdıqları maddi və mənəvi xəzinəni danılmaz faktdır.

Orta və yuxarı yaşlı adamlarımızın hamısı sovet dövrünün parlaq ekran əsəri olan "Baharın on yeddi anı” filmini və onun baş qəhrəmanı Maksim İsayevi sevirlər. Uzun illər yadımdan çıxmayan bir epizod var ki, bəlkə rejissorların, ya da ssenari müəllifinin diqqətindən yayınıb, əhəmiyyətsiz kadr kimi lentə daxil edilib və mənim aləmimdə alman ruhunu barometr kimi özündə əks elətdirən şedevr sayıla bilər.

Kəşfiyyatçı radist Ket əsirlikdən çıxmaq uğrunda hər cür işgəncəyə qatlaşarkən,sonda iki uşaq yedəyində sığınacağa yerləşib telefon arayır ki, Ştirlitsə yerini bildirsin. Yerüstü telefon köşkünə daxil olsa da, şüşəni döyəcləyən polis ona xəbərdar edir ki, o işləmir, lakin metronun içərisinə düşsə, oradan zəng vura bilər. Bax budur, tankın, topun sona qədər məhv edə bilmədiyi varlıqlar...
 
Hətta filmdən qopub ata-babalarımızın xatirələrinə də qayıtsaq, görərik ki, onların ağız dolusu tərif etdikləri mənzərə-dağılmış bir ölkədə, viranəyə çevrilmiş Berlində nəqliyyat sistemi iflic olmayıb işini davam etdirirsə, rabitə kəsilmirsə,.. onda məğlubiyyət anlayışı artıq puça çıxır. Ona görə də Almaniyadan qalib dönən sovet əskərlərin hamısının ağlında bir parça alman intizamı, pedantlığı, quruluşu və mədəniyyəti vardı.

Deməli, Qarabağ uğrunda savaşan hər kəs öz işində işğalı aradan qaldırmalıdır.Şagird dərslərini yaxşı öxuyursa,müəllim etalona çevrilirsə,...siyasətçi xalqa xidmətçi olursa, səngərdə gedən hərbi davanı udmaq o qədər də çətin olmayacaq.

Savaş hər yerdə gedir. Torpaqları partaların arasında,xəstəxana dəhlizlərində,incəsənət salonlarında və partiya klublarında axtarmaq lazımdır.

Hərə durduğu nöqtəni gücləndirsin, millət uğur qazanacaq!

Mia.az


Digər Xəbərlər

ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR