27-02-2018 [20:47]
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı qətliamının 26-cı ildönümünə həsr olunmuş anım konserti keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Mia.az-a verilən məlumata görə, səfirliyin dəstəyi ilə Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurası tərəfindən təşkil edilən bu tədbir Azərbaycanın tolerantlıq ənənələrinə sadiqliyinin göstəricisi kimi Vaşinqtonun tanınmış və tarixi ibadət məkanlarından biri olan "Western Presbyterian” kilsəsində keçirilib.
Tədbirdə iştirak edən çoxsaylı qonaqlar sırasında Vaşinqtonda akkreditə olunan diplomatik korpus, yerli ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, tələbələr, həmçinin Vaşinqton və onun ətrafında yaşayan soydaşlarımız olub.
Tədbirdə açılış edən Amerika Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının (AAFSW) proqram rəhbəri Şila Svitzer "Sülh laylası” layihəsi barədə məlumat verib və onun dərin emosional təsirlərindən söz açıb. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "Sülh laylası” konserti Azərbaycan şairi Yusif Savalanın müəllifi olduğu "Xocalı uşaqlarına layla” adlı şeir əsasında amerikalı pianoçu və bəstəkar Haskell Smol, sopranoçu Culian Beird, klarnetçi Şeril Hill və hekayətçi İrvinq Benavides tərəfindən hazırlanan musiqili əsərin təqdimatına həsr edilib.
Daha sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək iştirakçılara Ermənistanın Azərbaycana təcavüzünün acı xatirələrindən biri kimi Xocalı qətliamı barədə məlumat verib və münaqişənin yalnız iki dövlət arasında deyil, həmçinin əhali səviyyəsində dərin izlər buraxdığını qeyd edib. Səfir bu xüsusda tədbirin xüsusi qonağı kimi Xocalı hadisələrinin canlı şahidi, Azərbaycan Dillər Universitetinin müəllimi Yusif Savalanı təqdim edib və onun İkinci Dünya Müharibəsində 33 yaşında nasistlərin ölüm düşərgəsində sağ qalan atası Savalanın 50 il sonra 83 yaşında məhz Xocalıda qətlə yetirilməsi faktını misal gətirərək bu faciənin dünya ictimaiyyəti üçün nə qədər simvolik məna kəsb etdiyinə diqqət yönəldib.
Səfir əlavə edib ki, Azərbaycan ərazilərinin işğalı faktı və onun əhalisinə qarşı törədilən Xocalı soyqırımının Azərbaycanın müstəqilliyinin bərpasının dərhal ardınca baş verməsi onu göstərir ki, bu əməllər xüsusi məqsədlə törədilmiş və məhz xalqımızın müstəqillik ruhunu boğmağa hədəflənmişdi. E.Süleymanov Azərbaycan dövləti və xalqının tarix boyu qonşu dövlətlərlə dinc yanaşı yaşadığını önə çəkərək Azərbaycan tərəfinin erməni xalqına deyil, məhz onun işğalçı və təcavüzkar siyasət yürüdən siyasi rəhbərliyinə qarşı olduğunu vurğulayıb və gələcəkdə ölkəmizin Dağlıq Qarabağ bölgəsində hər iki icmanın sülh şəraitində birgə yaşayacağına ümidvar olduğunu bildirib.
Daha sonra konsert proqramı çərçivəsində tanınmış bəstəkarların musiqi parçaları, o cümlədən "Gecə himni” (Herni Pörsel), "Sakit ibadət” (Haskell Smol), "Für Alina” (Arvo Pərt), "Müqəddəs gecənin himni” (Corc Kramb), "Aprel ayı” (Fərnsis Polənk) kimi əsərlər səsləndirilib.
"Sülh laylası” şerinin müəllifi Yusif Savalan Xocalı hadisələri barədə öz xatirələrini bölüşüb və yazdığı şeri ana dilində səsləndirib. Yusif Savalan Azərbaycan əhalisinin qisas deyil, ədalət, müharibə deyil, birgə yaşayış tələb etdiyini vurğulayıb və bütün yaşadıqlarına rəğmən sülhə və öz doğma yurdunda yaşamaq ümidini itirmədiyini söylədi.
Tədbir çərçivəsində həmçinin Xocalı soyqırımına həsr olunmuş sərgi guşəsi də təşkil edilib və guşədə iştirakçılara azərbaycanlı uşaqların çəkdikləri rəsm əsərləri nümayiş olunub. Tədbirin keçirilməsində həmçinin Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının ölkəmiz üzrə tərəfdaşları Azərbaycan Dillər Universiteti və "Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi iştirak edib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"