Məzahir Pənahovdan beynəlxalq təşkilatlara ÇAĞIRIŞ

img

27-02-2018 [16:53]


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov beynəlxalq təşkilatları namizədliyi irəli sürülən şəxslərlə bağlı sənədlərin, o cümlədən seçici imzalarının yoxlanılması prosesində iştirak etməyə çağırıb.

Mia.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov deyib ki, bu proses tam şəffaf həyata keçirilir.

O deyib ki, namizədlərlə bağlı təqdim olunan sənədlərlə maraqlanan şəxslər MSK-ya müraciət edə bilər.

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərin aprelin 11-nə təyin edilib.




Digər xəbərlər
SON XƏBƏRLƏR