Gömrükdən siqaretləri çıxarmaq üçün 500 manat verdi

img

27-02-2018 [10:28]


Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Hakim Şükürov polisə müraciət edib.

Mia.az-ın məlumatına görə, o, şikayətində bildirib ki, fevralın 23-də Bakı Şəhər Baş Gömrük İdarəsinin qarşısında tanıdığı Miri adlı şəxsə 500 manat pul verib.

Pulu verməkdə məqsəd isə gömrükdən tütün məmulatlarını çıxarmaq olub. Şükürovun iddiasına görə, həmin şəxs onu aldadaraq vədinə əməl etməyib və pulu da qaytarmayıb.

Şikayətlə bağlı araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR