Nəsimi rayonunda Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlər davam edir

img

26-02-2018 [16:11]


Xocalı faciəsinin ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər davam edir. Növbəti tədbir fevral ayının 25-də Gənc Tamaşaçılar Teatrında təşkil edilmişdir. Tamaşadan öncə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının müavini Qurban İsmayılov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə ətraflı məlumat vermişdir.

Daha sonra Sevinc Elsevərin Xocalı faciəsindən bəhs edən "Arzu və Murad”adlı tamaşasına Nəsimi rayon ictimaiyyətinin baxışı keçirilmişdir. Tamaşa "Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsinin qalibi olmuş "Ürəyində arzu tut” pyesi əsasında səhnəyə qoyulmuşdur.
Gənc Tamaşaçılar Teatrının "Arzu və Murad” tamaşası Nəsimi rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.
Həmçinin Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinin Bioloji Təbabət Klinikasında pulsuz tibbi müayinələri təşkil olunmuşdur. Tibb müəssisəsində Xocalılar əvvəlcə terapevtlər tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə rentgen, kardioqram, ultrasəs və diğər müayinələrdən keçirilmişlər.
Fevral ayının 26-da Nəsimi rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsini ziyarət etmişlər.









Digər xəbərlər
SON XƏBƏRLƏR