MMP-dən Xocalı soyqırımı ilə bağlı bəyanat

img

26-02-2018 [12:30]


"26 il əvvəl Xocalıda Azərbaycan xalqının üzləşdiyi qəddar hücum və qətliamı hər zaman qəlbimizin ən dərinliyində hiss edir və bu kədəri bölüşürük. Bu soyqırım aktını ermənilərin etnik təmizləmə siyasəti kimi qiymətləndiririk".

Bu fikirlər Müasir Müsavat Partiyasının  Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanatında yer alıb. 

Bəyanatda qeyd olunur ki, Ermənistan Respublikasının silahlı bölmələri tərəfindən 1992-ci il fevralın 26-da Yuxarı Qarabağın Xocalı şəhərinə edilən hücumda qadın və uşaqlar da daxil olmaqla, yüzlərlə Azərbaycan vətəndaşı qətlə yetirilib və yaralanıb, mindən çox insan əsir götürülüb: "İtkin düşənlərin aqibəti bu günə kimi öyrənilməyib. Dinc sakinlərə qarşı edilən bu insanlıqdan kənar hücum bütün dünya ictimaiyyətinin yaddaşına həkk olunub və vicdanlarda dərin yaralar açıb. Bu gün hələ də Azərbaycan torpaqlarının beşdə biri işğal altındadır. Bir milyondan çox azərbaycanlı öz vətənində qaçqın vəziyyətində yaşayır”.

MMP Xocalı faciəsində həyatını itirənlərə rəhmət diləyib, başsağlığı verib.

Bununla yanaşı, partiya dünya birliyinin bu soyqırıma münasibətini də pisləyib. Bildirilib ki, bəzi ölkələr hələ də bu spyqırım aktına lazımi qiymət verməyiblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR