"Yunan cəmiyyəti də işğalçı erməni qəsbkarlarının törətdikləri vəhşəti dərindən bilməlidir" - Rəşid Məmmədov

26-02-2018 [10:45]
Fevralın 25-də "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində Xocalı faciəsinin 26-cı il dönümü ilə bağlı Salonik şəhərində anım günü və film nümayış etdirilib.

Mia.az xəbər verir ki, bu barədə cəmiyyətin sədri Rəşid Məmmədov məlumatr verib.

Onun sözlərinə görə, tədbirdə cəmiyyətin üzvləri ilə bərabər, Türkiyə Cümhuriyyətinin Salonik şəhərindəki Baş Konsulu Orhan Yalman Okan və konsulluğun əməkdaşları, o cümlədən Trakya Müsəlmanları Təhsil Dərnəyinin sədri Osman İsmailoğlu və dərnəyin üzvləri də iştirak ediblər: 

"Tədbirdə Xocalı soyqırımı ilə bağlı geniş müzakirələr aparılaraq, birgə fəaliyyət perspektivləri nəzrdən keçirilib. Qərara alınıb ki, ermənilərin Xocalıda törətdikləri soyqırımla bağlı hər kəs daha aktiv formada fəaliyyət göstərsin. Hesab edirik ki, bütün dünya ictimaiyyəti kimi, yunan cəmiyyəti də işğalçı erməni qəsbkarlarının, hakimiyyətinin mahiyyətini görməli və onların törətdikləri vəhşəti daha dərindən bilməlidirlər. Bu məqsədlə "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti olaraq, bütün gücümüzlə bundan sonra da fəaliyyət göstərəcəyik".

Mia.az


SON XƏBƏRLƏR