Tale Heydərovun klubundan 15 yaşlı Cavidə yardım

img

24-02-2018 [17:13]


"Qəbələ” klubu rəhbərliyi Türkiyədə sümük iliyi nəqli əməliyyatı olunan 15 yaşlı azərbaycanlı Cavid Abdullayevə yardım edib. 

Bu barədə gəncin ailəsi Türkiyə mətbuatına danışıb. Bakıda yaşayan və inşaat sektorunda işləyən Davud Abdullayev və həyat yoldaşı Aynurə Məmmədli cütlüyünün ilk övladları olan Cavid iki il əvvəl bir milyonda 3 insanda rast gəlinən aplastik anemiyaya tutulub.

Davud Abdullayevin sözlərinə görə, ananın donor olduğu və Antalyada baş tutan ilik nəqli üçün tələb olunan 120 min dollarlıq vəsaiti Bakıdakı evini, maşınını satmaqla, həmçinin "Qəbələ” futbol klubu rəhbərliyinin yardımı ilə ödəyə bilib.

Lakin ailə gözləmədiyi halda xəstəxana və dərman xərcləri üçün əlavə olaraq 87 min 500 dollar ödəməli olduğunu öyrənib. Həmin məbləği isə Abdullayevlər ailəsi Antalya valiliyinin yardımı ilə toplaya bilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR