Azərbaycanda daha 2 nəfərin prezidentliyə namizədliyi təsdiqləndi - MSK-da iclas

img

24-02-2018 [17:11]


Məzahir Pənahovun sədrliyi ilə fevralın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. 

MSK-dan Mia.az-a verilən məlumata görə, əvvəlcə Komissiyanın 19 fevral 2018-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülmüş Əli Nadir oğlu Əliyevin və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Calal oğlu Məmmədovun namizədliyinin irəli sürülməsi təsdiq olunub.

Daha sonra MSK-nın qərarı ilə sözügedən siyasi partiyalar tərəfindən təqdim edilmiş səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr qeydə alınıb.

Komissiyanın iclasında 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı da təsdiq edilib.

İclasda həmçinin, bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR