Emomali Rahmon Azərbaycana gələcək: "Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq"

img

24-02-2018 [14:23]


Tacikistan Prezidenti Emomali Rahmon Azərbaycana rəsmi səfər edəcək.

Bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli Bakıda Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir qeyd edib ki, E.Rahmonun bu il Azərbaycana səfər edəcəyi gözlənilir: "Hazırda dövlət başçısının səfərinə hazırlıq işləri gedir. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq".

Bununla belə, diplomat səfərin dəqiq tarixini açıqlamayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR