Moskvadan ABŞ-a əzələ nümayişi: Rusiyanın "Xəyalət qırıcıları" Suriya hava məkanını nəzarətə götürdü - VİDEO

img

24-02-2018 [14:01]


Rusiya "Xəyalət qırıcı" kimi tanınan 5-ci nəsil Su-57 bombardmançı təyyarəsini ilk dəfə Suriyaya göndərib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu addımı ABŞ-a cavab olaraq atıb.

Nazirlik Rusiya mətbuatına faktı təsdiq edib. Bildirib ki, Su-57 ovçu qırıcıları ilk dəfə Suriyadakı Hmeymim Hava Bazasına enib: "Su-57-lərin Suriya hava məkanına daxil olması ABŞ-ın F-22 Raptor və F-35 Lightning kimi "Xəyalət təyyarələr"inin bu ölkədə gerçəkləşdirdiyi uçuşlara bir cavabdır. Eyni zamanda, bu təyyarələri gerçək savaşda sınaqdan keçirilməsi də hədəflənib".

Bu arada isə Rusiyanın "Eksport Voorujenie" hərbi jurnalının baş redaktoru Andrey Frolov faktla bağlı açıqlamasında Moskvanın bütün yeni silahlarını Suriyada həqiqi savaşda test etdiyini deyib: "Həm silahlar sınaqdan çıxarılır, yoxlanılır, həm də bu yeni silahlar reklam olunur".

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR