24-02-2018 [13:35]
2017-ci ildə xaricdə əmlaka maraq göstərən Azərbaycan vətəndaşlarının sayında artım baş verib. Həmyerlilərimiz müxtəlif ölkələrdə fərqli çeşidli əmlaklara vəsait yatırmaqdadırlar. Əvvəlki illərlə müqayisədə əmlaka yatırım coğrafiyası və məqsədlər də dəyişib.
Şirkət rəsmisi bildirib ki, ötən il Türkiyədən əmlak almaq üçün müraciətlərin və əmlak əldə edənlərin sayı 2016-cı illə müqayisədə artıb: «Azərbaycanlılar ənənəvi olaraq İstanbulla yanaşı, Antalya, Alanya, Budrum kimi kurort bölgələrində də yaşayış sahələri – evlər və mənzillər almağa maraq göstərirlər».
Türkiyədə əmlak alan həmyerlilərimizin məqsədləri fərqlidir. İstanbulda mənzil alıcıları əsasən burada təhsil alanların ailələri və İstanbula tez-tez səfər edənlərdir. Bu mənzillər təhsil alanların və ya səfər edənlərin yaşaması üçün alınır. Bir qism alıcı isə İstanbulda aldıqları əmlakları kirayə vermək üçün istifadə edirlər. Antalya, Alanya və Bodrumdan yaşayış sahələrini alanlar isə bunu yatırım, yəni sonradan kirayə vermək məqsədilə edirlər.
Mənzili kirayəçisi ilə birlikdə alırlar
Azərbaycanlıların maraq göstərdiyti əmlaklar əsasən qiyməti 100 min avroyadək olanlardır: «Məsələn, hazırda biz müştərilərimiz üçün İstanbulda 90-100 min dollarlıq, Alanya da isə 50 min avroluq mənzillər axtarırıq».
Azərbaycan vətəndaşları Türkiyədə mənzilləri əsasən yeni tikilən yaşayış komplekslərindən alırlar. Bu variantın üstünlüyü tikilinin təzə olması, bir neçə illiyə daxili kreditlə satılması, eləcə də tikinti şirkətinin evin icarəyə verilməsi ilə bağlı təminat verməsidir. Nəticədə alıcılar mənzili dərhal uzun müddətli icarəyə verə bilirlər. Yeri gəlmişkən, Türkiyədə əmlakların populyarlaşmasının səbəbi, bu ölkədə çəkilən serialların region ölkələrində populyar olmasıdır. Seriallar vasitəsilə Türkiyə həyatı ilə tanış olan - xüsusilə ərəb vətəndaşları, sonradan bu ölkəyə vəsait yatırırlar.
Şirkət rəhbərinin sözünə görə, Rusiya və Ukraynada əmlak almağa maraqgöstərənlər çox olsa da, dil və əlaqələr problemi olmadığına görə, həmin şəxslər rieltor şirkətlərinin xidmətindən istifadə etməkdənsə birbaşa əmlak almağa üstünlük verirlər: «Ukraynaya böyük maraq var. Buradakı evlərin əksəriyyəti kirayə verilməsi üçün alınır. Bəzi müştərilər 5-10 ev alıb kirayəyə verirlər. Moskvada isə evlərlə yanaşı, digər obyektlər, o cümlədən tələbə yataqxanasına investisiya edən müştərilər var».
Əmlak alır ki, viza problemini həll etsin
Avropa ölkələrində əmlak alan müştərilər isə əsasən Çexiya və Yunanıstana üstünlük verirlər. Səbəbi bu ölkələrdə qiymətlərin nisbətən ucuzluğu, eləcə də Azərbaycandan bu ölkələrə səfər edənlərin sayının çox olmasıdır: «Belə əmlaklar əsasən kirayə verilməsi üçün alınır, bununla yanaşı, bəzi alıcılar Avropadan əmlakı sadəcə ona görə alırlar ki, gələcəkdə Avropaya səyahət edərkən Şengen vizası problemi ilə üzləşməsinlər. Məsələ bundadır ki, həmin ölkələrdə əmlak sahibi olan xaricilər vizanı asanlıqla ala bilirlər».
Azərbaycanlıların geri çəkildiyi bazarlardan biri də Dubay və İstanbuldur. V.Axundov bildirir ki, vaxtilə Dubaydan ev almış iş adamları hazırda nağd vəsaitə olan tələbatlarını ödəmək, ya da ümumiyyətlə, Dubay bazarını tərk etmək üçün əmlaklarını hətta dəyərindən aşağı satmağa çalışırlar: «Oxşar vəziyyət İstanbulda da var. Azərbaycanlıların bu şəhərə axını böyük olsa da, bəziləri vaxtilə əmlakı aldıqlarınan ucuz qiymətə satmaq istəyirlər. Hazırda bir müştərimiz vaxtilə 110 min avroya aldığı evi 80 minə satmağa çalışır».
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb