Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib - Tədbir + FOTO

img

24-02-2018 [13:34]


AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib.

İnstitutdan Mia.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu qeyd edib. Xocalı faciəsinin ağır nəticələri barədə danışan G.Baxşəliyeva, xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söyləyib.

Həmin hadisələrdə erməni hərbi birləşmələrinin Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərinin işğalı zamanı törətdikləri görünməmiş vəhşiliklər barədə danışan Gövhər xanım nəticədə dinc Xocalı sakinlərindən 613 nəfərin, o cümlədən 106 qadın və 63 uşağın şəhid olduğunu, 487 nəfərin şikəst qaldığını, əksəriyyəti qocalar, uşaqlar, qadınlar olmaqla 1275 nəfərin əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qaldığını qeyd edib.

. Tədbirdə institut əməkdaşlarından aparıcı elmi işçi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Bije, "Cənubi Azərbaycan” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə, Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev və başqaları çıxış edərək, Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söylədilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub