560 min şəxsin müavinətləri artırıldı - Nazirlikdən açıqlama

img

24-02-2018 [13:24]


Prezident İlham Əliyevin "Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, "Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında” və "Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” 23 fevral 2018-ci il tarixli Sərəncamları sosial təminat sisteminin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində növbəti addımdır.

Bunu Mia.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib. 

O qeyd edib ki, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Sərəncamla yaşa görə, ümumi xəstəlik, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar səbəblərdən ümumi səbəbdən əlilliyə görə, ailə başçısını itirməyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlara, müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin və müddətli hərbi xidmət qulluqçularının uşaqlarına və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalara aid şəxslərə təyin olunan aylıq sosial müavinətlərin məbləği 2018-ci il martın 1-dən orta hesabla 10% artırılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR