Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

24-02-2018 [13:05]


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 25-i gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR