Şriftin ölçüsü / 577 dəfə oxunub

Könül Kərimova komunal xərclərini ödəmir - 172 manat borcu var

23 Fevral 2018 [19:16]

Aparıcı Zaur Kamal müğənni Könül Kərimovanın komunal borclarını efirdə açıqlayıb.

Unikal.org-un məlumatına görə, Zaur sənətçinin işıq pulu ödəmədiyini deyib. O bildirib ki, 172 manat borcu var.

Kərimova onun sözlərini təsdiqləyib: 

"Düz deyir, dünən dedilər ki, 172 manat borcum var. Oğlum dedi ki, ana işıq pulunu ödəmək lazımdır. Dedim, gecikirəm, qayıdanda baxaram. İşığı çox işlədirəm, sevirəm. Evə girəndə hər yerdə işığı yandıra-yandıra gedirəm. Əlacım olsa, yatanda da yanılı qoyaram”.




SON XƏBƏRLƏR