Radiasiya Problemləri İnstitutunda Biofizika İnstitutu ilə birgə Xocalı faciəsinin ildönümünə dair tədbiri keçirilib

23-02-2018 [16:37]
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda AMEA-nın Biofizika İnstitutu (Bİ) ilə birgə Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

İnstitutdan Mia.az-a verilən məlumata görə, tədbirdə əvvəlcə faciə qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov Xocalı faciəsi haqqında qısa məlumat verib.

Sonra çıxış edən Bİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Qasımov tədbir iştirakçıları ilə faciə haqqında fikirlərini bölüşüb.

Anım tədbirində çıxış edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Xocalı faciəsi, tarixi faktar və sənədlər əsasında, erməni saxtakarlığı və onların törətdikləri vəhşiliklərindən danışmış, həmçinin mənfur düşmənin vandalizm həqiqətləri, eləcə də Xocalı faciəsinin dünyada təbliği, tarixi torpaqlarımıza dair nəşr olunan ədəbiyyatlar və "Xocalıya ədalət” kompaniyası haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


SON XƏBƏRLƏR