İsa Qəmbər yenə xəstəxanaya yerləşdirildi - Açıqlama

img

23-02-2018 [16:00]


Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin səhhətində yenidən problem yaranıb.

Siyasətçi Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Müsavat Partiyasının mətbuat xidməti sabiq başqanın xəstəxanaya yerləşdirilməsi faktını təsdiqləyib: "İsa Qəmbər özünü yaxşı hiss edir və xəstəxanaya müayinəsini davam etdirmək üçün gedib. Xəstəxananın həkimləri İsa Qəmbərin bir neçə gün müddətində burada qalması və ürək-damar sisteminin gücləndirilməsi ilə bağlı tibbi prosedurlardan keçməsini tövsiyə ediblər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR