5 min məhkumla bağlı təqdimat göndəriləcək - Əli Hüseynlidən açıqlama

img

23-02-2018 [14:01]


Azərbaycan Prezidenti tərəfindən ötən il imzalanan cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamdan sonra məhkəmələrə 4000-dən artıq təqdimat göndərilib.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

O qeyd edib ki, bu sərəncamdan sonra Milli Məclis tərəfindən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edildi. Dəyişiklikdən sonra 2017-ci il dekabrın 1-dən qanunun tətbiqinə başlanıldı:
"Bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib”.

Ə.Hüseynli bildirib ki, bundan başqa, 5 min məhkumla bağlı təqdimat göndərilməsi nəzərdə tutulur: "Bu qanunu amnistiya qüvvəli qanun kimi qəbul etmək olar”.



Digər xəbərlər
SON XƏBƏRLƏR