MMP imza toplama kampaniyasını davam etdirir - Bütün ölkə üzrə

img

23-02-2018 [11:39]


Müasir Müsavat Partiyası Hafiz Hacıyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması üçün seçici imzalarını toplama kampaniyasını davam etdirir.

Bu barədə MMP mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, partiya Hafiz Hacıyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün mövcud dairələrin hər birinin ərazisində imzatoplama aksiyası keçirir. Partiyanın fəalları və yerli rayon təşkilatlarının nümayəndələri ölkə üzrə bütün ərazilərdə kampaniyanın yüksək səviyyədə həyata keçirilməsi üçün səy göstəririlər. Nümayəndələr insanların aktivliyindən və seçkidə iştirak əzmindən razıdırlar. 

MMP-dən onu da bildiriblər ki, yaxın günlərdə toplanmış imzalar sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edləcək.

Qeyd edək ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri Hafiz Hacıyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq