Aparıcı ilə politoloq əlbəyaxa davaya çıxdı - Canlı yayımda + VİDEO

img

22-02-2018 [22:09]


 Rusiyanın NTV telekanalında canlı yayımlanan "Mesto vstreçi” (Görüş yeri) proqramında aparıcı Andrey Norkin və ukraynalı politoloq Dmitri Suvorov arasında əlbəyaxa dava olub.

İnsident Ukraynanın Donbas bölgəsindəki vəziyyətin müzakirəsi zamanı baş verib.

Belə ki, Donbasa səfər etmiş almaniyalı deputat Andreas Mauer bölgədə münaqişə nəticəsində yüzlərlə uşağın öldüyünü iddia edib. Buna sərt reaksiya verən ukraynalı politoloq Dmitri Suvorov ölən uşaqların şəkillərini təqdim etməyi tələb edib.

Aparıcı Andrey Norkin politoloqa yaxınlaşaraq onun çiynindən tutub və bu zaman onların arasında dava düşüb.

Davaya bir neçə şəxsin də qoşulduğu bildirilir/APA. 



Digər xəbərlər
SON XƏBƏRLƏR